SIĞORTA

28 Oktyabr

Kredit götürən şəxslər həyat sığortası əldə edə biləcəklər

Finss.az - Son zamanlar kredit götürən şəxslərin həyatını sığortalamaq üçün yeni qaydaların müzakirəsi ictimaiyyətin diqqətini çəkir. Bu yeniliklər nəticəsində kredit götürən müştərilər həyatlarını sığortalamaq üçün daha geniş seçimlərə sahib olacaqlar.

“Kredit həyat sığortası”nın qiyməti kredit götürən şəxsin yaşı, kreditin müddəti və məbləğindən asılı olaraq dəyişir.

Kredit həyat sığortası tam olaraq kredit müddətini əhatə edir. Müştərinin ölüm, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlilliyin təyin olunması hallarında, sığorta şirkəti qalan kredit borcunu qarşılayır.

Kredit Həyat Sığortası, kredit müddətində müştərinin vəfat etməsi, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlillik halı baş verdikdə, qalan kredit borcunun sığorta şirkəti tərəfindən ödənilməsini təmin edən bir məhsuldur. Müştərilər bu sığortanı könüllü şəkildə əldə edə bilərlər və bu kreditin verilməsi ilə bağlı yekun qərara təsir göstərməyəcək.

Daha ətraflı məlumat üçün 012 942 nömrəsi ilə əlaqə saxlaya və ya bu linkə keçid edə bilərsiniz: //pasha-life.az/products/kredit-heyat-sigortasi/

 

Zemfira Ms
Finss.az