BAZAR

15 Noyabr

Türkiyədən Türkmənistana kimyəvi maddə məhsulları ixracı 7,8 faiz artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Türkmənistana kimyəvi maddə məhsulları ixracı 7,8 faiz artaraq, 140,6 milyon dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata görə, yalnız oktyabr ayında Türkiyə Türkmənistana 17 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 43,2 faiz artım deməkdir.

Eyni dövr ərzində, Türkiyənin ümumi kimyəvi məhsul ixracı 2,7 faiz artaraq, 25 milyard 618 milyon dollara çatıb. Oktyabr ayında isə bu rəqəm 2 milyard 465 milyon dollar olub, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 8,2 faiz azalma göstərir.

Bundan əlavə, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 31 milyard 419 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Fuad Mədətov
Fins.az