2024-cü ilin oktyabr ayında Türkiyə limanları 30 milyon 655 min 349 ton yük qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu isə 2 milyon 474 min 937 ton təşkil edib. Digər ölkələrin bayraqları altında daşınan yük isə 30 milyon 180 min 412 ton olub. Eyni zamanda, Türkiyə limanlarından 5 milyon 742 min 347 ton transit yük daşınıb.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Türkiyə limanları 331 milyon 349 min 368 ton yük qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daşınan yük 25 milyon 93 min 787 ton olub, digər ölkələrin bayraqları altında isə 306 milyon 255 min 581 ton yük daşınıb. Həmçinin, bu müddət ərzində Türkiyə limanlarından 57 milyon 567 min 755 ton transit yük daşınıb.
Oktyabr ayında Türkiyə limanları ümumilikdə 5 min 396 gəmi qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında 1 min 945 gəmi, digər ölkələrin bayraqları altında isə 3 min 451 gəmi qəbul edilib.
2024-cü ilin yanvar-oktyabr aylarında isə ümumilikdə 51 min 713 gəmi Türkiyə limanlarına daxil olub. Bu dövrdə Türkiyə bayrağı altında olan gəmilərin sayı 18 min 129, digər ölkələrin bayraqları altında olan gəmilərin sayı isə 33 min 584 olub.
Fuad Mədətov
Fins.az