2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Qırğızıstana polad ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 3,7 milyon dollara çatıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik bildirib ki, 2024-cü ilin oktyabr ayında Türkiyədən Qırğızıstana 460 min dollar dəyərində polad məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,54 dəfə çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 13,5 milyon dollara bərabər olub.
Nazirlikdən bildirilib ki, bu ilin oktyabr ayında Türkiyə 1,2 milyon dollar dəyərində polad ixrac edib ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 4,3 faiz azdır.
Məlumata görə, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 16 milyon dollar dəyərində polad ixrac edib.
Fuad Mədətov
Fins.az