BAZAR

11 Noyabr

Azərbaycanda qara metal idxalı artıb

Fins.az - Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 873,5 milyon dollar dəyərində qara metal idxal olunub.

Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% artıb. Keçən ilin eyni dövründə isə ölkəyə 810,8 milyon dollar dəyərində qara metal idxal edilmişdi. Artımın səbəbləri və idxal həcminin gələcəkdəki dinamiki hələlik açıqlanmayıb.