BAZAR

08 Noyabr

Türkiyənin Türkmənistana xalça məhsulları ixracı 9,7 % artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Türkmənistana xalça məhsulları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq 4 milyon 671 min 96 dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirildiyinə görə, oktyabr ayında Türkiyənin Türkmənistana etdiyi xalça ixracı 225 min 85 dollar olub ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 51 faiz azalma deməkdir.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin ümumi xalça məhsulları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 2 milyard 360 milyon 731 min dollar təşkil edib.

Nazirlikdən verilən məlumata görə, oktyabr ayında Türkiyə dünya bazarlarına 274 milyon 570 min dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə heç bir dəyişiklik göstərmir.

Bildirilib ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə ümumilikdə 2 milyard 883 milyon 39 min dollar dəyərində xalça məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az