2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Qırğızıstana kimyəvi maddə məhsulları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 faiz artaraq 73,8 milyon dollar təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirliyin bildirdiyinə görə, oktyabr ayında Türkiyədən Qırğızıstana 7,6 milyon dollar dəyərində kimyəvi maddə məhsulları ixrac edilib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 34,4 faiz çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin ümumi kimyəvi məhsul ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 25 milyard 618 milyon dollara çatıb.
Nazirlikdən bildirilib ki, oktyabr ayında Türkiyə dünya bazarlarına ümumilikdə 2 milyard 465 milyon dollar dəyərində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 8,2 faiz azalma deməkdir.
Bildirilib ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə ümumilikdə 31 milyard 419 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.
Fuad Mədətov
Fins.az