BAZAR

08 Noyabr

Türkiyədən Türkmənistana hazır geyim məhsulları ixracı 12,5 % artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Türkmənistana hazır geyim məhsulları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 16,8 milyon dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirliyin bildirdiyinə görə, oktyabr ayında Türkiyədən Türkmənistana 2,8 milyon dollar dəyərində hazır geyim məhsulları ixrac edilib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 27,9 faiz çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin ümumi hazır geyim ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq 15,1 milyard dollara bərabər olub.

Nazirlikdən bildirilib ki, oktyabr ayında Türkiyə dünya bazarlarına ümumilikdə 15 milyard dollar dəyərində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 5,5 faiz artım deməkdir.

Bildirilib ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə ümumilikdə 18 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az