2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Qazaxıstana avtomobil ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40,8 faiz azalaraq 97,1 milyon dollar olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirliyin məlumatına görə, cari ilin oktyabr ayında Türkiyə Qazaxıstana 8,8 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56,6 faiz azalma deməkdir.
Bununla yanaşı, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin ümumi avtomobil ixracı ötən ilin eyni dövrünə nisbətən 6,5 faiz artaraq 30 milyard 511 milyon 79 min dollara çatıb. Oktyabr ayında isə avtomobil ixracı 3 milyard 581 milyon 928 min dollar təşkil edib ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 16,4 faiz artım deməkdir.
Son 12 ay ərzində (oktyabr 2023 - oktyabr 2024) Türkiyə ümumilikdə 36 milyard 848 milyon 952 min dollar dəyərində avtomobil ixrac edib.
Fuad Mədətov
Fins.az