BAZAR

08 Noyabr

Türkiyədən Qırğızıstana sement ixracı azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Qırğızıstana sement ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 90,3 faiz azalaraq 2,7 milyon dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına əsasən, cari ilin oktyabr ayında Türkiyə Qırğızıstana 177 min dollar dəyərində sement məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74,2 faiz azalma deməkdir.

Eyni zamanda, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq 3,6 milyard dollara bərabər olub. Bu ilin oktyabr ayında isə sement ixracı 365 milyon dollar təşkil edib və ötən ilin oktyabr ayı ilə müqayisədə 0,5 faiz artıb.

Nazirlikdən bildirilib ki, son 12 ay ərzində (oktyabr 2023 - oktyabr 2024) Türkiyə ümumilikdə 4,3 milyard dollar məbləğində sement ixrac edib.

Fuad Mədətov
Fins.az