2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Qazaxıstana polad ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22,1 faiz azalaraq 25,2 milyon dollar təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirliyin məlumatına əsasən, 2024-cü ilin oktyabr ayında Türkiyə Qazaxıstana 3,6 milyon dollar dəyərində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artım göstərir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 13,5 milyon dollara çatıb. Bu ilin oktyabr ayında isə Türkiyə 1,2 milyon dollar dəyərində polad ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azdır.
Son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 16 milyon dollar dəyərində polad ixracı həyata keçirib.
Fuad Mədətov
Fins.az