BAZAR

08 Noyabr

Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 12 % artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 12 faiz artaraq, 45,2 milyon dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata əsasən, 2024-cü ilin oktyabr ayında Türkiyə Qırğızıstana 8,3 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 76,1 faiz çoxdur.

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq, 13,7 milyard dollar olub. Oktyabr ayında isə Türkiyənin elektrik avadanlıqları ixracı 1,5 milyon dollar təşkil edib ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 10,2 faiz artım göstərir.

Son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 16,6 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Fuad Mədətov
Fins.az