2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Özbəkistana kimyəvi maddə ixracı 7,8% azalaraq 300,2 milyon dollar təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Oktyabr ayında Türkiyə Özbəkistana 7,6 milyon dollar dəyərində kimyəvi məhsul ixrac edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 34,4% artım deməkdir.
Qeyd edək ki, 2024-cü ilin ilk on ayında Türkiyənin ümumi kimyəvi məhsul ixracı 2,7% artaraq 25 milyard 618 milyon dollara çatıb. Oktyabr ayında isə bu məhsullar üzrə ixrac 2 milyard 465 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 8,2% azalmadır.
Son 12 ay ərzində (oktyabr 2023 - oktyabr 2024) Türkiyənin ümumi kimyəvi məhsul ixracı 31 milyard 419 milyon dollar olub.
Fuad Mədətov
Fins.az