BAZAR

08 Noyabr

Türkiyənin Qırğızıstana avtomobil ixracı 88,8 % artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Qırğızıstana avtomobil ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 88,8 faiz artaraq 41,1 milyon dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirilib ki, bu ilin oktyabr ayında Türkiyənin Qırğızıstana avtomobil ixracı 13,1 milyon dollar təşkil edib və bu göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 591,9 faiz artım deməkdir.

Bundan əlavə, qeyd olunub ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin ümumi avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq 30 milyon 511 min 79 dollar olub. Oktyabr ayında isə Türkiyə 3 milyon 581 min 928 dollar dəyərində avtomobil ixrac edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çoxdur.

Son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyənin avtomobil ixracı 36 milyon 848 min 952 dollar təşkil edib.

Fuad Mədətov
Fins.az