Bu ilin ilk 10 ayı ərzində ölkəmizdən xarici bazarlara pomidor ixracının həcmində 4,8 faiz artım qeydə alınıb.
Bu barədə Fins.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, yanvar-oktyabr ayları ərzində xarici bazarlara 141 milyon 965 min ABŞ dolları dəyərində 118,922 min ton pomidor ixrac olunub.
İxrac olunan pomidorun dəyərində ötən illə müqayisədə 12,4 faizlik artım qeydə alınıb.
İstixanalara marağın artması həm rəqabətədavamlı məhsul istehsalına, həm də xarici bazarlara daha çox məhsul ixrac etməyə imkan verir.
Azərbaycanda istixana şəraitində yetişdirilən pomidor əsasən Rusiya bazarlarına ixrac olunur.
Fuad Mədətov
Fins.az