2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Qazaxıstana tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azalaraq, 61,5 milyon dollara bərabər olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata görə, bu ilin oktyabr ayında Türkiyə Qazaxıstana 8,5 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,9 faiz azdır.
2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 7,8 milyard dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 842 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən oktyabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur.
Son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 9 milyard 426 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.
Fuad Mədətov
Fins.az