BAZAR

05 Noyabr

Azərbaycanda şəkər çuğunduru istehsalı 80,6 % artıb

2024-cü ilin oktyabr ayının 1-nə qədər Azərbaycanda şəkər çuğunduru istehsalı 86,1 min ton təşkil edib.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 80,6 % artım deməkdir.

Fuad Mədətov
Fins.az