2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 9 faiz artaraq, 13,5 milyon dollara bərabər olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata görə, bu ilin oktyabr ayında Türkiyə 1,2 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 4,3 faiz azdır.
Son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.
Fuad Mədətov
Fins.az