BAZAR

04 Noyabr

Sərnişin daşınmasında 23% artım

Fins.az - 2023-cü ilin yanvar-oktyabr ayları ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarları ilə 6,9 milyondan çox sərnişin daşınıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23% artım deməkdir. Məlumata görə, oktyabr ayında sərnişin daşınmasında artım 24% təşkil edib. Bu göstəricilər "Azərbaycan Dəmir Yolları"nın müştəri məmnuniyyətini artırmağı və səmərəli nəqliyyat xidmətləri təqdim etməyi bacardığını sübut edir.

Bu il ADY-nin məqsədi, ilk dəfə olaraq, ildə 7 milyon sərnişin daşımağa nail olmaqdır. Sərnişinlərin artması, dəmir yolu nəqliyyatının müasir və komfortlu şəraitdə həyata keçirilməsi, habelə yeni qatarların alınması və mövcud infrastrukturların inkişaf etdirilməsi ilə bağlıdır.