Fins.az - Türkiyə Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır yüksək texnologiyalı məhsul ixracının 10 milyard dollara yaxınlaşdığını bildirib.
O, orta və yüksək texnologiyalı ixracatın 2022-ci ildə rekord vuraraq 97,3 milyard dollara çatdığını, bu ilin 9 ayında isə 73,4 milyard səviyyəsində olduğunu bildirib. Nazir Kacır bu rəqəmləri artırmaq üçün müxtəlif proqram və dəstəklərin qətiyyətlə davam etdirildiyini vurğulayıb.