Fins.az - Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan qeyri-neft sahəsi üzrə ixrac olunan əsas malların siyahısı açıqlanıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, hesabat dövründə qeyri-neft məhsullarının əsas 5 kateqoriyasına pambıq lifi (ixrac dəyəri 151,6 milyon ABŞ dolları), pomidor (139,6 milyon dollar), qızıl (114,7 milyon dollar), azot gübrəsi (89,9 milyon dollar) və alüminium ərintilərindən piltələr (81,5 milyon dollar) daxildir.
2023-cü ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə pambıq lifinin ixrac dəyəri 70,9 faiz, pomidorun 12,3 faiz, qızılın 12,7 faiz, azot gübrəsinin 78,4 faiz, alüminium piltələrin isə 2,4 dəfə artıb.