BAZAR

04 Noyabr

Paytaxtın ictimai iaşə dövriyyəsi 1 mld. manatı ötüb

Fins.az - Bu ilin yanvar-sentyabr aylarında paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,1 faiz artaraq 1 146,3 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 664,7 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58,0 faizini təşkil edib.