Fins.az - Bu ilin yanvar-sentyabr aylarında ölkədən 211,8 milyon ABŞ dolları dəyərində 823,49 min tondan çox kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2023-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində təqribən 20,8 faiz və ya 36,48 milyon dollar, həcm baxımından isə 37,9 faiz və ya 226,29 min ton çoxdur.
Qeyd edək ki, 2024-cü ilin ilk 9 ayında kimya sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 1,07 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 8,59 faizə bərabər olub.