BAZAR

01 Noyabr

Türkiyənin D-8 ölkələrinə ixracatı artıb

2024-cü ilin sentyabr ayında Türkiyənin D-8 ölkələrinə ixracatı, 2023-cü ilin eyni ayı ilə müqayisədə 8,6 faiz artaraq 880 milyon 618 min dollar olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Yanvar – sentyabr aylarında isə Türkiyənin D-8 ölkələrinə ixracatı 18,3 faiz artaraq 7 milyard 469 milyon 899 min dollar təşkil edib. Eyni dövrdə Türkiyənin D-8 ölkələrindən idxalı 10,3 faiz artaraq 1 milyard 241 milyon 994 min dollar olub. Bu ilin yanvar – sentyabr aylarında D-8 ölkələrindən idxal, keçən ilin analoji dövrü ilə müqayisədə 12 faiz artaraq 11 milyard 167 milyon 559 min dollar olub.

Məlumat üçün qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 103 milyon dollar olub. Bu dövrdə Türkiyənin ixracatı 1,9 faiz azalaraq 21 milyard 987 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq 27 milyard 116 min dollar təşkil edib.

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin ixracatı, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 191 milyard 754 milyon dollara, idxalı isə 8,1 faiz azalaraq 252 milyard 183 milyon dollar olub. Keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb. 2023-cü ildə isə Türkiyənin ixracı 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Fuad Mədətov
Fins.az