2024-cü ilin sentyabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı, 2023-cü ilin eyni ayı ilə müqayisədə 15,9 faiz artaraq 1 milyard 20 milyon 331 min dollar olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat verib.
Yanvar – sentyabr aylarında isə Türkiyənin Türk ölkələrinə ixracatı 12,2 faiz artaraq 8 milyard 41 milyon 965 min dollar olub. Eyni dövrdə Türkiyənin Türk ölkələrindən idxalı isə 20,7 faiz azalaraq 583 milyon 482 min dollar təşkil edib. Bu ilin yanvar – sentyabr aylarında Türk ölkələrindən idxal, keçən ilin analoji dövrü ilə müqayisədə 7,5 faiz azalaraq 5 milyard 799 milyon 766 min dollar olub.
Məlumat üçün, 2024-cü ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 103 milyon dollar olub. Bu dövrdə Türkiyənin ixracatı 1,9 faiz azalaraq 21 milyard 987 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq 27 milyard 116 min dollar təşkil edib.
2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin ixracatı, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 191 milyard 754 milyon dollara, idxalı isə 8,1 faiz azalaraq 252 milyard 183 milyon dollar olub. Keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dolları keçib. 2023-cü ildə isə Türkiyənin ixracı 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.
Fuad Mədətov
Fins.az