Fins.az - Bu ilin yanvar-sentyabr aylarında ölkədə 3 308,3 min ton sement klinkerləri istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 18,9 faiz və ya 525,7 min ton üstələyir.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin avqust ayı ilə müqayisədə sentyabrda istehsal həcmində 35,3 faiz və ya 145,6 min ton artım qeydə alınıb. Sentyabr ayında 557,9 min ton sement klinkerləri istehsal olunub. Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 289,0 min ton təşkil edib.