BAZAR

29 Oktyabr

Rostovdan Azərbaycana 37 ton quş əti tədarük edilib

Rusiyanın Rostov vilayətindən Azərbaycana ixrac üçün həcmi 37 ton olan 2 partiya quş ətinə nəzarət tədbirləri həyata keçirilib.

Fins.az Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) məlumatına əsasən, xəbər verir ki, xidmətin müvafiq idarəsi tərəfindən Azərbaycana göndərilən məhsullara baytarlıq nəzarəti tədbirləri həyata keçirilib. İxrac edilən məhsul alıcı ölkənin tələblərinə cavab verib, onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının aktları ilə təsdiqlənib.