BAZAR

29 Oktyabr

İraq vətəndaşlarının Türkiyədə satın aldığı daşınmaz əmlakların sayı azalıb

2024-cü ilin yanvar-sentyabr aylarında İraq vətəndaşları Türkiyədə min 887 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 712 obyekt azdır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin sentyabr ayında İraq vətəndaşları Türkiyədə 139 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 57 obyekt azdır.

2024-cü ilin sentyabr ayında Türkiyədə 140 min 919 mənzil satın alınıb ki, bu da 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 37,3 faiz çoxdur.

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyədə 947 min 236 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.

2024-cü ilin sentyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 22 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 31 faiz azdır.

Bu ilin yanvar – sentyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 17 min 90 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 39,1 faiz azdır.

Fuad Mədətov
Fins.az