Türkiyə 2024-cü ilin ilk 9 ayında 114 ölkəyə 1 milyard 160 milyon dollarlıq meyvə ixrac etdi.
Fins.az Türkiyə İxracatçılar Məclisinin məlumatlarına əsasən, xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr ayları arasında reallaşan 1 milyard 21 milyon 628 min dollarlıq meyvə ixracı bu il eyni dövrdə 13,48 faiz artdı. Bu dövrdə ən çox 254 milyon 829 min dollarlıq şaftalı ixrac edildi.
Siyahının davamı 210 milyon 254 min dollarla albalı, 157 milyon 176 min dollarla alma, 96 milyon 445 min dollarla üzüm, 85 milyon 450 min dollarla nar və 80 milyon 480 min dollarla əncir olaraq sıralandı.
9 aylıq bu dövrdə Türkiyədən ən çox meyvə ixracı 361 milyon 631 min dollarlıq məbləğlə Rusiyaya edildi. Rusiyanı 195 milyon 544 min dollarlıq məbləğlə Almaniya və 147 milyon 698 min dollarlıq məbləğlə İraq təqib etdi. Qeyd edək ki, İraqa bu il meyvə ixracında keçən ilin eyni dövrü ilə müqayisədə 200 faizdən çox artım qeydə alındı.