BAZAR

11 Oktyabr

Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı 45,6 milyon dollara bərabər olub

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz azalaraq, 45,6 milyon dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata görə, bu ilin sentyabr ayında Türkiyə Azərbaycana 6,4 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 10,7 faiz azdır.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz azalaraq, 13,6 milyard dollara bərabər olub.

Bu ilin sentyabr ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 5 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az