BAZAR

25 Sentyabr

Azərbaycanda mebel idxalı 10.7 % artıb

2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 98 milyon 654 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal edilib.

Fins.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.7% və ya 9 milyon 512.8 min ABŞ dolları çoxdur. 2023-ci ilin yanvar-avqust aylarında Azərbaycana 89 milyon 141 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal edilib.

Hesabat dövründə mebel idxalı Azərbaycanın ümumi idxalının 0.77%-nə bərabər olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2024-cü ilin yanvar-avqust aylarında ölkədə 220.5 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.9% çoxdur.

Beləliklə, bu dövrdə mebel istehsalı idxalını 31.5% üstələyib.

Fuad Mədətov
Fins.az