BAZAR

25 Sentyabr

Azərbaycanda gömrük xətti ilə büdcə daxilolmaları 5.3% artıb

2024-cü ilin yanvar-avqust aylarında gömrük xətti ilə büdcə daxilolmaları 5.3% artaraq 4 milyard 378,216 milyon manata çatıb.

Fins.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 198,040 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 12.1% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3 milyard 23,301 milyon manat (3.8% çox), aksizlər üzrə daxilolmalar 130,845 milyon manat (11.4% az), yol vergisi üzrə daxilolmalar isə 26,030 milyon manat (14% az) təşkil edib.

Fuad Mədətov
Fins.az