BAZAR

19 Sentyabr

Azərbaycanda 2025-ci ildə əhalinin gəlirlərinin 90 milyard manata çatacağı proqnozlaşdırılır

2025-ci ildə Azərbaycanda əhalinin nominal gəlirlərinin 90,1 milyard manata çatacağı proqnozlaşdırılır.

Fins.az bu barədə Maliyyə Nazirliynin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”ya istinadən xəbər verir.

Məlumata görə, ölkədə əhalinin gəlirləri 2026-cı ildə 97,1 milyard manata, 2027-ci ildə 104,5 milyard manata, 2028-ci ildə isə 112,5 milyard manata çatacaq.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 53 milyard 947,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.

Fuad Mədətov
Fins.az