BAZAR

19 Sentyabr

Azərbaycanın əməkhaqqı artım tempi: 2025-ci ildə 1 080 manat proqnozu

2025-ci ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 1 080 manata çatacağı proqnozlaşdırılır.

Fins.az bu barədə Maliyyə Nazirliynin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”ya istinadən xəbər verir.

Məlumata görə, ölkədə orta maaş 2026-cı ildə 1 156 manata, 2027-ci ildə 1 238 manata, 2028-ci ildə isə 1 326 manata çatacaq.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 % artaraq 1 002 manat təşkil edib.

Fuad Mədətov
Fins.az