2025-ci ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının (MR) sosial-iqtisadi inkişafına 150 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Fins.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ölkə Prezidentinin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin icrası məqsədilə lazımi məbləğdə vəsaitin qarşılanması üçün gələn ilin büdcə layihəsində maliyyə təminatı yaradılıb.
Fuad Mədətov
Fins.az