BAZAR

16 Sentyabr

Azərbaycana idxal olunan avtomobillərin dəyəri 4 % artıb

2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 110.9 milyon ABŞ dolları dəyərində 58 939 ədəd avtomobil idxal olunub.

Bu barədə Fins.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 10.3% və ya 6 787 ədəd azalıb, dəyəri isə 4% və ya 42.5 milyon ABŞ dolları artıb. 2023-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 68.4 milyon ABŞ dolları dəyərində 65 726 ədəd avtomobil idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.3% artaraq 1971 ədəd təşkil edib.

Fuad Mədətov
Fins.az