Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26837 nikah və 12370 boşanma halları qeydə alınıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq, 4,9-dən 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Fuad Mədətov
Fins.az