Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 33 milyard 030,4 milyon kubmetr təbii qaz hasil edilib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 25 milyard 122,8 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 2,6 %, əmtəəlik qaz hasilatı isə 4,1 % artıb.
Ötən 8 ay ərzində Azərbaycanda 19 milyon 304,1 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 19 milyon 263 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı 2023-cü ilin ilk 8 ayı ilə müqayisədə 4,6 %, əmtəəlik neftin həcmləri isə 4,4 % azdır.
Fuad Mədətov
Fins.az