BAZAR

13 Sentyabr

Azərbaycanın gəlirləri və xərcləri artıb: Büdcədə 2,86 milyard manat profisit yaranıb

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 25 milyard 223,4 milyon manat, xərcləri isə 22 milyard 362,4 milyon manat təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23,5% və 8,3% artmışdır.

Bu dövr ərzində büdcədə 2 milyard 861 milyon manat profisit yaranıb, halbuki, ötən ilin eyni dövründə büdcədə 218,5 milyon manat kəsir mövcud idi.

Fuad Mədətov
Fins.az