2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin Trabzon limanı 1 milyon 203 min 298 ton yük qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirliyin açıqlamasına görə, Trabzon limanına Türkiyə bayrağı altında 44 min 35 ton, digər ölkələrin bayraqları altında isə 1 milyon 159 min 263 ton yük daşınıb. Həmçinin bu dövrdə Trabzon limanından 10 ton tranzit yük aşırılıb.
Eyni zamanda, 2024-cü ilin iyul ayında Türkiyə limanları ümumilikdə 32 milyon 203 min 883 ton yük qəbul edib. Bu zaman Türkiyə bayrağı altında gəmilər vasitəsilə limanlara 2 milyon 578 min 844 ton yük daşınıb, digər ölkələrin bayraqları altında isə 29 milyon 625 min 39 ton yük daşınıb. İyul ayında Türkiyə limanlarından 6 milyon 460 min 580 ton tranzit yük daşınıb.
2024-cü ilin yanvar-iyul ayları ərzində ümumilikdə Türkiyə limanları 236 milyon 289 min 828 ton yük qəbul edib. Bunun 17 milyon 455 min 606 tonu Türkiyə bayrağı altında gəmilər vasitəsilə, 218 milyon 834 min 222 tonu isə digər ölkələrin bayraqları altında gəmilər vasitəsilə daşınıb. Həmçinin bu müddət ərzində limanlardan 40 milyon 858 min 235 ton tranzit yük daşınıb.
Bu ilin iyul ayında Türkiyə limanları ümumilikdə 5 min 662 gəmi qəbul edib ki, bunun 3 min 508-i digər ölkələrin bayraqları altında, 2 min 154-ü isə Türkiyə bayrağı altında olub. Yanvar-iyul aylarında Türkiyə limanlarına qəbul edilən gəmilərin ümumi sayı isə 34 min 977-dir, bunlardan 23 min 298-i digər ölkələrin, 11 min 679-u isə Türkiyə bayraqları altında olub.
Fuad Mədətov
Fins.az