BAZAR

03 Sentyabr

Kəlbəcərdə, Laçında və Zəngilanda kənd təsərrüfatı məhsulu istehsalı 2,6 dəfə artıb

2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı müəssisələri və fərdi sahibkar təsərrüfatları ümumilikdə 54,058 milyon manatlıq məhsul istehsal edib. Bu göstərici 2022-ci illə müqayisədə 22,4% azalıb.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu məhsul istehsalının 93%-i (50,267 milyon manat) Qarabağ iqtisadi rayonunun, 7%-i (3,791 milyon manat) isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşür. Qarabağ iqtisadi rayonunda istehsal 2022-ci illə müqayisədə 16% azalıb, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 2,6 dəfə azalıb.

Qarabağ iqtisadi rayonunda Ağcabədi rayonunda kənd təsərrüfatı məhsulu istehsalı 19,397 milyon manat (36,9% azalma), Ağdamda 1,482 milyon manat (5,7% azalma), Bərdədə 11,054 milyon manat (89,9% artım), Füzulidə 10,059 milyon manat (38,8% azalma), Tərtərdə isə 8,274 milyon manat (55,5% artım) olub.

Şərqi Zəngəzur iqtisadi rayonunda Cəbrayıl rayonunda kənd təsərrüfatı məhsulu istehsalı 22,1 dəfə azalaraq 183 min manat, Kəlbəcərdə 2,6 dəfə artaraq 330 min manat, Qubadlıda 3,5 dəfə azalaraq 1,413 milyon manat, Laçında 2,6 dəfə artaraq 1,254 milyon manat, Zəngilanda isə 2,6 dəfə artaraq 611 min manat təşkil edib.

Fuad Mədətov
Fins.az