Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın BRİCS ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 9,2 faiz artaraq 5,8 milyard dolları üstələyib.
2024-cü ilin yanvar-iyul aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində BRİCS ölkələri ilə ticarətin payı 21,65 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 4,08 faiz bəndi çoxdur.
Fins.az xəbər verir ki, 9 ölkənin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və BƏƏ) daxil olduğu BRİCS təşkilatı 2006-cı ildə yaradılıb.