"Azərbaycanın ərzaq balansları" adlı statistik məcmuə nəşr olunub.
Fins.az-ın məlumatına görə, məcmuədə bitkiçilik və heyvandarlıq məhsullarının, həmçinin sənaye emalından keçmiş ərzaq məhsullarının ehtiyatları və istifadəsi ilə bağlı məlumatlar təqdim edilib. Məcmuədə həmçinin ölkənin özünütəminetmə səviyyəsi və adambaşına düşən istehlak miqdarı barədə də ətraflı statistikalar yer alıb.
Məcmuəyə əsasən, Azərbaycan yerli istehsal hesabına buğda, arpa, qarğıdalı, mal əti, qoyun əti, quş əti, süd və süd məhsulları, balıq və balıq məhsulları ilə özünü tam təmin edə bilmir. Bu sahələrdə hələ də xarici mənbələrə ehtiyac duyulur.
Bununla yanaşı, Azərbaycan meyvə-tərəvəz və yumurta kimi məhsullar üzrə təlabatını 100% yerli istehsal hesabına ödəyə bilir. Lakin ölkə, mineral və qazlı sular, meyvə-tərəvəz şirələri və duz kimi sənaye emalından keçmiş bəzi ərzaq məhsulları üzrə özünü tam təmin edə bilmir.
"Azərbaycanın ərzaq balansları" statistik məcmuəsi ilə daha ətraflı tanış olmaq istəyənlər üçün məcmuənin mətni təqdim olunur.
Fuad Mədətov
Fins.az