1 iyul 2024-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 361,3 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə xarici dövlət borcunun 2 milyard 176,7 milyon ABŞ dolları (40,6%-i) büdcə kəsirinin bağlanılması məqsədilə Maliyyə Nazirliyi tərəfindən, 3 milyard 184,6 milyon ABŞ dolları (59,4%-i) isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
Fins.az-ın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, aşağıdakı cədvəldə 1 iyul 2024-cü il tarixinə dövlət qurumlarının proqram və layihələri həyata keçirmək üçün cəlb etdiyi xarici borcun məbləği təqdim olunub:
Dövlət Qurumları | Xarici Borcun Məbləği (min ABŞ dolları) |
---|---|
“Azəravtoyol” | 1,050,814.8 |
“Dövlət Su Ehtiyatları Agentliyi” | 788,111.1 |
“Azərbaycan Dəmir Yolları” | 729,136.8 |
NMR Meliorasiya və Su Təsərrüfatı Agentliyi | 193,006.8 |
Kənd Təsərrüfatı | 139,393.8 |
Digər qurumlar | 284,148.9 |