Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən 17 min 418 nəfər sosial müavinət, 16 min 597 nəfər isə Prezidentin aylıq təqaüdü ilə təmin edilib.
Fins.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat verib.
Məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ümumilikdə 23 milyon 895 min 663 manat, Prezident təqaüdləri üzrə isə 16 milyon 354 min 417 manat vəsait ödənilib.
Fuad Mədətov
Fins.az