BAZAR

28 Avqust

Türkiyənin xarici ticarət dövriyyəsi 52,3 milyard dollar olub

Bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 315 milyon dollar olub.

Fins.az xəbər verir ki, bu bərədə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2024-cü ilin iyul ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 22 milyard 510 milyon dollar, idxalı isə 7,8 faiz azalaraq 29 milyard 805 milyon dollar təşkil edib.

Yanvar-iyul dövründə Türkiyənin xarici ticarət dövriyyəsi 347 milyard 414 milyon dollara çatıb. 2023-cü ildə isə Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollar olub.

2023-cü ildə Türkiyənin ixracatı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon dollar, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Fuad Mədətov
Fins.az