BAZAR

28 Avqust

Naxçıvanda vergi orqanlarına daxil olan müraciətlərin 98%-nə 2024-cü ilin ilk yeddi ayı ərzində baxılıb

2024-cü ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının vergi orqanlarına ümumilikdə 968 müraciət daxil olub.

Fins.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Müraciətlərin 91,4%-ni ərizələr, 8,5%-ni şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib. Daxil olan müraciətlərin 98%-nə 2024-cü ilin ilk yeddi ayı ərzində baxılıb, qalan 2%-i isə hazırda icra mərhələsindədir. Baxılmış müraciətlərin 95,6%-i müsbət həll olunub, 2,5%-i ilə bağlı müvafiq izahat verilib, digər müraciətlərə isə qanunvericiliyə uyğun qərarlar qəbul edilib.

Hesabat dövründə Naxçıvanın Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 57 vətəndaşın qəbulu təşkil olunub. Qəbullar zamanı hər bir vətəndaşın müraciətinə fərdi yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı isə qanunamüvafiq izahatlar verilib.

Fuad Mədətov
Fins.az