BAZAR

27 Avqust

Azərbaycanın neft-qaz sektoruna olan investisiyaların həcmi artıb

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz sektoruna 3 297,5 milyon manatlıq vəsait yönəldilib.

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk yeddi ayında neft-qaz sektoruna yatırılan investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz artıb.

Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvar-iyul aylarında neft-qaz sektoruna yönəldilən investisiyalar 3 237,1 milyon manat təşkil edib. Bu da cari ildə sektorun daha da inkişaf etdiyini və investisiyaların davamlı olaraq artdığını göstərir.

Fuad Mədətov
Fins.az