BAZAR

01 May

Mülkiyyət hüququ alan daşınmaz əmlakın sayı açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu ilin birinci rübündə 88 mindən çox daşınmaz əmlakın mülkiyyət hüququ qeydə alınıb.

Fins.az xəbər verir ki,  bu göstəricinin 13 min 540-ı (15,3 faiz) ilkin, 74 min 473-ü isə (84,7 faiz) təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə mülkiyyət hüquqlarının 21 min 664-ü Bakıda, qalan hissə isə bölgələrdə qeydə alınıb.