BAZAR

20 Oktyabr

İnvestorların nəzərinə: Çay üzərində yerləşən SES-in tikintisi layihəsi

Qırğızıstanın Oş vilayətində, Ak-Buura çayının orta axarında yerləşən “Papan” su anbarının bazasında potensial gücü 20 MVt olan su elektrik stansiyasının (bundan sonra - SES) tikintisini nəzərdə tutulan investisiya layihəsi təklif olunur.

Fins.az xəbər verir ki, su anbarının tutumu 260 milyon m3-dir. Anbarın açılış hissəsi dağ silsiləsində çayın kəsişdi dar Qətər dərəsində yerləşir. SES-in potensial orta illik elektrik enerjisi istehsalı 93 milyon kVt/saat təşkil edir.

Layihənin icarçısı “Çakan SES” ASC yerli şirkətdir və şirkətin səhmlərinin 100%-i Milli Enerji Holdinq ASC-yə məxsusdur. Əsas fəaliyyət növləri Qırğızıstan Respublikası ərazisində kiçik su elektrik stansiyalarının istismarı, layihələndirilməsi və tikintisi, həmçinin elektrik enerjisinin istehsalı, ötürülməsi və satışıdır. “Çakan SES” ASC daxili bazara elektrik enerjisi satır və 28 elektrik istehlakçısı var. Eyni zamanda elektrik enerjisinin 80-90%-i “Severelektro” ASC tərəfindən satılır. “Çakan SES” ASC üzrə elektrik enerjisi istehsalının orta illik həcmi 162,0 milyon kilovatsaatdır.

Şirkət rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə 7,93 il olacağını bildiriblər.

• Layihənin dəyəri - 26.000.000 ABŞ dolları
• Elektrik avadanlığının tədarükü və quraşdırılmasına nəzarət nəzərə alınmaqla ümumi tikinti smetası – 26.000.000 ABŞ dolları
• İnvestisiya məbləği - 26.000.000 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az